REGİONLAR


Qəbələli gənclərə ünsiyyət bacarıqları barədə təlim keçirilib

Qəbələ, 11 avqust, Mustafa Dadaşov, AZƏRTAC

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qəbələ nümayəndəliyi yay aylarında yeniyetmə və gənclərin asudə vaxtlarının mənalı və səmərəli keçməsi üçün bir-birindən maraqlı layihələr həyata keçirir.

Nümayəndəliyin direktoru Teymur Alşanov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, bu dəfə rayonun Vəndam qəsəbəsinin gəncləri üçün “Ünsiyyət bacarıqları” mövzusunda təlim təşkil edilib. Təlim zamanı nümayəndəliyinin əməkdaşı Xuraman Həsənzadə tərəfindən gənclərə ünsiyyət, ünsiyyətin növləri, təsirli ünsiyyət, dinləmə növləri, empatiya, temperament və onun növləri haqqında ətraflı məlumat verilib.

Təlim maraqlı enercayzerlər və komanda işləri ilə davam etdirilib.

Belə tədbirlərin rayonun digər qəsəbə və kəndlərində də keçirilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.