İDMAN
“Qəbələ”nin Türkiyədə keçirəcəyi sonuncu yoxlama oyunundakı rəqibi dəyişib
Bakı, 22 yanvar, AZƏRTAC
Mövsümün ikinci yarısına hazırlığı davam etdirən “Qəbələ” futbol klubunun Türkiyədə keçirəcəyi sonuncu yoxlama oyunundakı rəqibi dəyişib.
AZƏRTAC kluba istinadla xəbər verir ki, “qırmızı-qaralar” Antalya şəhərindəki təlim-məşq toplanışındakı dördüncü matçda Rumıniyanın “Konkordiya” klubu ilə görüşəcək. Bu matç yanvarın 25-də baş tutacaq. Öncədən həmin gün Bolqarıstanın “Dunav” klubu ilə qarşılaşma nəzərdə tutulsa da, rəqib Rumıniyanın ikinci liqa təmsilçisi olacaq.
Xatırladaq ki, Antalyada iki yoxlama matçı keçirən “Qəbələ” Macarıstanın MTK klubuna 0:3 hesabı ilə uduzub, Rusiya təmsilçisi “Çayka”ya eyni hesabla qalib gəlib. Komandamız yanvarın 22-də Bolqarıstanın “Etar” klubu ilə üz-üzə gələcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.04.2024 [13:22]
“Azərreyl”in baş məşqçisi: Finala yüksəlmək fantastikdir
- 18.04.2024 [13:18]
AFFA beş klubu cəzalandırıb
- 18.04.2024 [12:37]
UEFA Avropa Liqası: Yarımfinala vəsiqə qazanacaq komandalar bəlli olur
- 18.04.2024 [11:59]
Konfrans Liqası: “Fənərbağça” “Olimpiakos”la cavab görüşünə çıxacaq
- 18.04.2024 [11:54]
"Xəzri"nin kapitanı: Finalda "Sərhədçi" ilə qarşılaşmaq daha yaxşı olardı
- 18.04.2024 [11:51]
Azərbaycan millisi İnkişaf turnirində iştirak edəcək
- 18.04.2024 [11:48]
Azərbaycan millisinin kapitanı növbəti dəfə Macarıstan çempionu olub
- 18.04.2024 [11:03]