İDMAN


“Qəbələ”nin UEFA Gənclər Liqasında “Şerif”lə oyunu heç-heçə başa çatıb

Bakı, 3 oktyabr, AZƏRTAC

UEFA Gənclər Liqasının çempionlar yoluna start verilib. U-19 komandaları arasında Azərbaycan çempionu olan “Qəbələ” futbol klubu turnirdə birinci mərhələnin ilk oyununu keçirib. Emin İmaməliyevin baş məşqçisi olduğu komandamız Qəbələ şəhər stadionunda Moldovanın “Şerif” klubu ilə qarşılaşıb.

AZƏRTAC xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən matçda hesabı ilk hissədə qonaq komanda açıb. Tiraspol təmsilçisinin futbolçusu Danila İqnatov 31-ci dəqiqədə “Qəbələ”nin qapısına yol tapıb.

Komandamız fasilədən sonra hesabda tarazlığı gətirə bilib. Aleksandru Osipov cərimə meydanında Vüsal Məsimova qarşı kobudluq edib. Hakimin təyin etdiyi penaltini 57-ci dəqiqədə Əli Sadıxov qola çevirib. Hesab bərabərləşdikdən sonra hücumlarını davam etdirən “Qəbələ” bir neçə qol imkanı yaratsa da, qələbə topunu vura bilməyib.

Beləliklə, oyun 1:1 hesabı ilə heç-heçə başa çatıb. Cavab matçı oktyabrın 24-də Tiraspolda "Şerif"in kiçik arenasında keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.