İDMAN


“Qəbələ”nin U-15 komandası Gürcüstanın “Dinamo” klubunu məğlub edib

Bakı, 24 avqust, AZƏRTAC

“Qəbələ” və Gürcüstan “Dinamo” (Tbilisi) futbol klubunun aşağı yaş qrupları üzrə komandaları arasında növbəti oyunlar keçirilib.

AZƏRTAC xəbər verir ki, “Qəbələ” Futbol Akademiyasının U-15 və U-13 komandaları Azərbaycanda qonşu ölkə təmsilçisinin müvafiq yaş qruplarından olan həmyaşıdları ilə görüşüb. 13 yaşadək futbolçularımız “Dinamo”ya 0:2 hesabı ilə məğlub olub. U-15 komandamız isə 2:1 hesabı ilə rəqibinə qalib gəlib. “Qəbələ”nin qollarına Kamal Kazımov və Ümid Həmzəyev imza atıb.

Xatırladaq ki, iki gün əvvəl keçirilən ilk yoxlama oyunlarında U-13 “Qəbələ”nin komandası 3:2 hesabı ilə rəqibinə qalib gəlib, U-15 isə 0:1 hesabı ilə məğlub olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.