İDMAN


“Qəbələ”nin U-16 komandası beynəlxalq turnirdə dördüncü olub

Bakı, 7 dekabr, AZƏRTAC

Tbilisidə keçirilən “Dinamo Cup” beynəlxalq turniri başa çatıb.

AZƏRTAC xəbər verir ki, “Qəbələ”nin 16 yaşadək futbolçulardan ibarət komandası ilkin mərhələdə üç oyun keçirib.

Yarışın ilk günündə “Riqa” (Latviya) klubuna 2:3 hesabı ilə məğlub olan komandamız Litvanın “Ateitis” klubu üzərində böyük hesablı qələbə qazanıb - 4:1. İkinci görüşdə meydan sahibi "Dinamo"ya uduzan (0:3) baş məşqçi Sərdar Qafarovun komandası ilkin mərhələdə 3 xalla 3-cü yeri tutub.

İlk iki pillədə yer alan “Dinamo” (9 xal) və “Riqa” (4 xal) final, “Qəbələ” ilə “Ateitis” (1 xal) üçüncü yer uğrunda oyuna çıxıblar. Çoxsaylı qol imkanlarından yalnız ikisini reallaşdıran “Qəbələ” futbolçuları yekunda məğlub olublar - 2:3.

Əsas vaxtı 2:2 hesabı ilə başa çatan final matçında “Riqa”ya penalti seriyasında qalib gələn “Dinamo” çempion adını qazanıb.

“Qəbələ”nin üzvü Qədir Ramazanov turnirin ən yaxşı yarımmüdafiəçisi seçilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.