İDMAN
“Qəbələ”nin U-19 komandası UEFA Gənclər Liqasının ikinci mərhələsinə adlayıb
Bakı, 24 oktyabr, AZƏRTAC
UEFA Gənclər Liqası turnirində mübarizə aparan “Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası oktyabrın 24-də Moldovanın Tiraspol şəhərində “Şerif”lə qarşılaşıb.
AZƏRTAC xəbər verir ki, “Şerif kiçik Arena”da keçirilən oyunda “Qəbələ” 3:1 hesabı ilə qələbə qazanaraq növbəti mərhələyə vəsiqə əldə edib.
Komandalar arasında oktyabrın 3-də Qəbələdə keçirilmiş ilk oyun 1:1 hesabı ilə başa çatmışdı.
“Qəbələ”nin UEFA Gənclər Liqasının II mərhələsindəki rəqibi Almaniyanın “Herta” və Polşanın “Lex” komandaları arasında bu gün keçiriləcək görüşdə müəyyənləşəcək. Almaniya təmsilçisi doğma meydanda keçirdiyi ilk oyunda 2:0 hesabı ilə qələbə qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [17:57]
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
- 28.03.2024 [17:11]
Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb
- 28.03.2024 [17:09]
Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib
- 28.03.2024 [16:16]
Dünyanın futbol üzrə ən dəyərli “onbirliyi” açıqlanıb
- 28.03.2024 [14:22]