İDMAN


“Qəbələ”nin baş məşqçisi Zaur Haşımov bir oyunluq cəzalandırılıb

Bakı, 12 fevral, AZƏRTAC

Fevralın 12-də AFFA-nın İntizam Komitəsinin Azərbaycan Premyer Liqasının XVI turu ilə əlaqədar iclası keçirilib.

AZƏRTAC Peşəkar Futbol Liqasının (PFL) saytına istinadla xəbər verir ki, Premyer Liqanın XVI turunun “Sabah”–“Qəbələ” matçında meydan sahiblərinin futbolçusu Marko Deviç ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 1 oyun cəzalanıb, klub 200 manat cərimə edilib. Həmin oyunun 90-cı dəqiqəsində “Qəbələ”nin baş məşqçisi Zaur Haşımov texniki zona qaydalarını pozduğuna görə matçdan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalandırılıb. Klub isə 800 manat cərimə olunub.

Turun digər qarşılaşmasında “Sumqayıt”–“Qarabağ” matçında meydan sahiblərinin 5, “Qarabağ”ın isə 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 800 manat cərimələnib.

“Səbail”–“Zirə” matçının 81-ci dəqiqəsində meydan sahibi komandanın futbolçusu Elvin Yunuszadə ikinci sarı vərəqə aldığı üçün futbolçu 1 oyun cəzalanıb və klub 200 manat cərimə olunub.

“Neftçi” ilə oyunda “Keşlə”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimələnib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.