İDMAN


“Qəbələ”nin estoniyalı sabiq futbolçusu hazırki klubunda əsas heyətə düşə bilmir

Tallin, 6 fevral, AZƏRTAC 

“Qəbələ” klubunun estoniyalı sabiq futbolçusu Sergey Zenyov hazırda çıxış etdiyi Polşanın “Krakoviya” klubunda əsas heyətə düşə bilməyib.

AZƏRTAC xəbər verir ki, futbolçu 2017-ci ildə “Qəbələ”dəki uğurlu çıxışından sonra “Krakoviya” klubuna transfer edilib. Burada ilk mövsümdə 27 qol vuraraq uğurla çıxış edən S.Zenyov hazırda əsas heyətdə yer almayıb. O, qış təlim-məşq toplanışında komanda ilə Türkiyəyə də aparılmayıb. Oyunçunun Polşa klubu ilə müqaviləsi 2019-cu ilin yayında başa çatacaq. Lakin onun komandanı daha tez tərk edəcəyi gözlənilir.

Polşada qış transfer pəncərəsi fevralın 28-də bağlanacaq.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Tallin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.