REGİONLAR


Qəbələnin fındıq bağlarından 4 min tondan çox məhsul yığılıb

Qəbələ, 17 noyabr, Mustafa Dadaşov, AZƏRTAC

Qəbələ rayonunun fındıq bağlarında məhsul yığımı başa çatıb. Bu il bağlardan 4043,8 ton məhsul tədarük olunub.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Elimdar Şərifov deyib.

Sektor müdiri bildirib ki, dövlətimizin başçısının fındıqçılığın daha da inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıq və göstərişlərin icrasını təmin etmək məqsədilə son illər rayon ərazisində 2 min hektardan çox sahədə yeni fındıq bağları salınıb. Hazırda rayonda mövcud fındıq bağlarının ümumi sahəsi 7164,3 hektardır. Bu bağların 4 827 hektarı barverəndir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.