İDMAN
“Qəbələ”nin futbolçusu Kamal Mirzəyev karyerasını Küveytdə davam etdirəcək
Bakı, 23 avqust, AZƏRTAC
“Qəbələ” komandasının futbolçusu Kamal Mirzəyev karyerasını Küveytdə davam etdirəcək.
AZƏRTAC xəbər verir ki, iyirmi dörd yaşlı yarımmüdafiəçi bu ölkənin “Əl-Salmiyə” klubuna transfer olunub. Asiya təmsilçisinin nümayəndələri K.Mirzəyevi “qırmızı-qaralar”la avqustun 5-də keçirilən yoxlama oyununda bəyəniblər.
“Qəbələ”nin 2:0 hesablı qələbəsi ilə başa çatan görüşdən sonra klublar arasında danışıqlara start verilib və razılıq əldə olunub. O, yeni komandası ilə birillik müqavilə imzalayıb.
K.Mirzəyev “Qəbələ”nin yetirməsidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [16:01]
Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır
- 19.04.2024 [15:55]
“Qəbələ” israilli futbolçu ilə vidalaşıb
- 19.04.2024 [15:51]
PFL-in prezidenti: Qəzadan sonra 9 dəfə əməliyyat olundum - MÜSAHİBƏ
- 19.04.2024 [15:19]
MOK-da Baham adaları Olimpiya Komitəsinin vitse-prezidenti ilə görüş olub
- 19.04.2024 [15:12]