REGİONLAR


Qəbələnin gənc könüllüləri pandemiyaya qarşı mübarizə tədbirlərində fəallıq göstərirlər

Qəbələ, 13 iyul, Mustafa Dadaşov, AZƏRTAC

Koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısını almaq məqsədilə Qəbələ rayonunda yaradılan mobil qruplar pandemiya ilə bağlı sakinlər arasında ictimai maarifləndirmə tədbirlərini davam etdirir. Aparılan təbliğat-təşviqat işlərində Qəbələ Gənclərin İnkişaf və Karyera Mərkəzinin gənc könüllüləri də fəal iştirak edirlər.

Mərkəzin direktoru Teymur Alşanov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, sakinlərlə aparılan maarifləndirici söhbətlər zamanı Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələri bir daha onların diqqətinə çatdırılır, vətəndaşlara şəxsi gigiyena qaydalarına riayət etmək, qapalı yerlərdə qoruyucu maskalar taxmaq, sosial məsafə saxlamaq kimi zəruri məsələlər izah edilir. Bildirilir ki, karantin rejimi qaydalarının pozulması hallarına yol verənlər haqqında inzibati cəza tədbirləri görüləcək.

Şifahi məlumatlandırma ilə yanaşı, sakinlərə üzərində COVID-19 virusuna yoluxma riskini azaldacaq məlumatlar əks olunmuş bukletlər də paylanılır. Yaşayış binalarının, ticarət obyektlərinin, vətəndaşların daha çox olduğu məkanların giriş və çıxışlarına bildiriş vərəqələri yerləşdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.