REGİONLAR


Qəbələnin kəndində şəhidin adını daşıyan küçə abadlaşdırılıb

Qəbələ, 21 iyun, Mustafa Dadaşov, AZƏRTAC

Qəbələdə ərazi bütövlüyümüz uğrunda canını fəda etmiş şəhidlərin ailələrinə daim diqqət və qayğı göstərilir, onların problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər görülür.

Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, belə tədbirlərin davamı olaraq Qəbələnin Tüntül kəndində Vətən müharibəsi şəhidi Rüstəm Atakişiyevin adını daşıyan küçəyə və şəhidin xatirəsinin əbədiləşdirilməsi üçün inşa edilən bulaq kompleksinin ətrafına yeni asfalt örtüyü çəkilib, abadlıq işləri aparılıb.

Sakinlər görülən işləri yüksək qiymətləndirərək minnətdarlıqlarını bildiriblər.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.