REGİONLAR


Qəbələnin otel və mehmanxanaları səkkiz ayda 44 mindən çox turistə xidmət göstərib

Əcnəbi turistlərin sayında ötən ilin eyni dövrü ilə müqayisədə 90,7 faizədək azalma qeydə alınıb

Qəbələ, 16 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC

Bu ilin yanvar-avqust aylarında Qəbələ rayonundakı otel və mehmanxana tipli müəssisələrə 44 min 882 nəfər yerli və əcnəbi turist yerləşdirilib. Onların 36 min 75-i və ya 80,4 faizi Azərbaycan, 8 min 807 nəfəri və ya 19,6 faizi xarici ölkə vətəndaşı olub.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Rayon Statistika İdarəsinin rəisi Ayaz İsgəndərov məlumat verib.

İdarə rəisi bildirib ki, cari ilin ilk iki ayında otel və mehmanxanalarda yerləşən turistlərin sayında ötən ilin müvafiq dövrü ilə müqayisədə artım qeydə alınsa da, koronavirus pandemiyası səbəbindən mart ayından etibarən ölkələr arasında əlaqələrin məhdudlaşdırılması Qəbələnin turizm sektoruna da öz mənfi təsirini göstərib. Xüsusilə, əcnəbi turistlərin sayında ötən ilin eyni dövrü ilə müqayisədə 90,7 faizədək azalma qeydə alınıb.

Cari ilin yanvar-avqust aylarında Qəbələyə gələn əcnəbi turistlər arasında Səudiyyə Ərəbistanının vətəndaşları üstünlük təşkil edib. Ötən müddətdə bu ölkənin 2727 vətəndaşı Qəbələdə olub. Ümumiyyətlə, cari ilin əvvəlindən bu qədim diyara Birləşmiş Ərəb Əmirliklərindən 1796, Omandan 525, Küveytdən 439, Bəhreyndən 145, Hindistandan 717, Rusiyadan 372, Pakistandan 319, Türkiyədən isə 187 nəfər turist gəlib. Qəbələyə gələn əcnəbi turistlərin 1580 nəfəri isə digər ölkələrin vətəndaşları olub.

Ötən dövrdə turizm obyektlərində 988 işçi çalışıb. Onlardan 192 nəfərini qadınlar, 160 nəfərini turizm və otelçilik üzrə təhsil alan mütəxəssislər, 24 nəfərini isə əcnəbi işçilər təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.