REGİONLAR


Qəbələnin otel və mehmanxanaları yeddi ayda 27 mindən çox əcnəbi turistə xidmət göstərib

Qəbələ, 17 avqust, Mustafa Dadaşov, AZƏRTAC

2022-ci ilin yanvar-iyul aylarında Qəbələ rayonundakı otel və mehmanxana tipli müəssisələrə 56 min 369 nəfər yerli və əcnəbi turist yerləşdirilib. Onların 29 min 2 nəfəri və ya 51,5 faizi Azərbaycan, 27 min 367 nəfəri və ya 48,5 faizi xarici ölkə vətəndaşı olub.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Rayon Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, yanvar-iyul aylarında Qəbələnin otel və mehmanxana tipli müəssisələrinə yerləşdirilən yerli və əcnəbi turistlərin sayı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 8 min 44 nəfər və ya 16,6 faiz artıb. Yeddi ayda yerli turistlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 16 min 240 nəfər və ya 56,1 faiz azalsa da, əcnəbi turistlərin sayında 24 min 284 nəfər və ya 11,5 dəfə artım qeydə alınıb.

Cari ilin yanvar-iyul aylarında Qəbələyə gələn əcnəbi turistlər arasında Səudiyyə Ərəbistanının vətəndaşları üstünlük təşkil edib – 12 min 882 nəfər. Ümumiyyətlə, 7 ayda Qəbələyə Birləşmiş Ərəb Əmirliklərindən 3972 nəfər, Hindistandan 1859, Küveytdən 1497, Omandan 941, Pakistandan 652, Rusiyadan 595, İsraildən 591, Qətərdən 589, Türkiyədən 357, Qazaxıstandan 330, Bəhreyndən 116, İrandan 86, ABŞ-dan 78 nəfər turist gəlib. Gələnlərin 2822 nəfəri isə digər ölkələrin vətəndaşları olub.

Bildirilib ki, hazırda rayon ərazisində 18 mehmanxana və mehmanxana tipli müəssisə mövcuddur. Bu obyektlərin birdəfəlik tutumu 2496 yerdir. Hesabat dövründə bu otel və mehmanxanaların 14-ü fəaliyyət göstərib. Müddət ərzində 14 min 131 çarpayı-yerdən istifadə olunub. Bir gün qalmaq üçün orta qiymət 77,2 manat təşkil edib. Turistlərin qalma müddəti 1-2 gün olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.