REGİONLAR


Qəbələnin üzüm bağlarından indiyədək 1800 ton məhsul tədarük olunub

Qəbələ, 9 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC

Qəbələ rayonunun üzümçülük təsərrüfatlarında məhsul yığımının qızğın çağıdır. Fermerlər indiyədək üzüm plantasiyalarından 1800 ton məhsul tədarük ediblər.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.

Mərkəzin Bitkiçilik şöbəsinin müdiri Elimdar Şərifov bildirib ki, “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq, son illər Qəbələ rayonunda bu sahənin inkişaf etdirilməsi istiqamətində fiziki və hüquqi şəxslər tərəfindən ardıcıl işlər görülür. Təkcə son iki ildə fermerlər tərəfindən rayon ərazisində 17 hektar sahədə yeni üzüm bağları salınıb. Hazırda rayonda 421 hektar barverən üzüm bağı mövcuddur.

Qurumun rəsmisinin bildirdiyinə görə, rayonun təsərrüfatlarında tütün yığımı da davam edir. Fermerlər bu günədək sahələrdən 320 ton yaşıl tütün kütləsi yığaraq emal məntəqəsinə təhvil veriblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.