İDMAN


“Qəbələ”nin yetirməsi Məktəblilərin Dünya Oyunlarında bürünc medal qazanıb

Bakı, 15 sentyabr, AZƏRTAC

Serbiyanın paytaxtı Belqradda təşkil olunan U-15 Məktəblilərin Dünya Oyunlarında cüdo yarışları başa çatıb. Azərbaycan milli komandasının və “Qəbələ” idman klubunun təmsilçiləri də tatamı üzərinə çıxıblar. Klubun iki cüdoçusu mükafatlar uğrunda mübarizə aparıb.

AZƏRTAC kluba istinadla xəbər verir ki, turnirdə 66 kiloqram çəki dərəcəsində çıxış edən Hüseyn Eyvazlı yarışa məğlubiyyətlə başlasa da, ardıcıl 3 qələbə ilə bürünc medal qazanıb. Cüdoçumuz Danil Melnikova (Belarus) uduzub, təsəlliverici qarşılaşmalarda Aleksandrs Avdeyevs (Latviya) və Yovan Bojiçə (Serbiya) qalib gəlib. O, bürünc medal uğrunda görüşdə Kiril Komin (Estoniya) üzərində qələbə qazanıb.

Riyad Mustafazadə (55 kq) isə beşinci yeri tutub. Eduard Arbuzova (Rusiya) uduzan cüdoçumuz təsəlliverici qarşılaşmalarda Artur Pauts (Estoniya) və Erik Vitanova (Bolqarıstan) qalib gəlib. O, bürünc medal uğrunda görüşdə latviyalı Maksims Tixonovsa məğlub olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.