ELM VƏ TƏHSİL


Qəbul imtahanları ilə əlaqədar “Facebook” və “YouTube”da canlı yayım ediləcək

Bakı, 10 may, AZƏRTAC

Mayın 12-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün imtahanlar keçiriləcək.

DİM-dən AZƏRTAC-a bildirilib ki, hər il imtahanlardan sonra televiziya vasitəsilə abituriyentləri maraqlandıran suallar cavablandırılırdı. Lakin bu ildən etibarən ali və orta ixtisas təhsili müəssisələrinə qəbul yeni qaydalar əsasında keçirilir və buna uyğun olaraq imtahanın məzmunu da dəyişib. İmtahan materiallarının izahının təqdimetmə üsulu televiziya formatına tam uyğun olmadığı üçün sualların yazılı və şifahi izahı artıq DİM-in sosial şəbəkə kanalları vasitəsilə veriləcək.

İmtahanlardan dərhal sonra saat 16:00-da DİM-in “Facebook” səhifəsi və “YouTube” kanalı vasitəsilə canlı yayım ediləcək və mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş məlumat veriləcək.

Qapalı tipli test tapşırıqlarının doğru cavab etalonları veriliş müddətində ekranda yerləşdiriləcək.

Canlı yayım zamanı əlavə suallar müvafiq postun altına yazıla və ya təqdim olunacaq “WhatsApp” nömrəyə səsli, yazılı mesaj kimi göndərilə bilər. “WhatsApp” nömrə canlı yayım zamanı elan olunacaq. Suallar [email protected] elektron poçtuna da göndərilə bilər.

Dolğun cavab tapmaq üçün, sual tam aydın və dəqiq ifadə edilməlidir. Bölmə, ixtisas qrupu, fənn, test tapşırığının nömrəsi qeyd olunmalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.