ELM VƏ TƏHSİL


Qəbul imtahanlarına hazırlaşan abituriyentlərin nəzərinə

Bakı, 24 iyun, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) koronavirus (COVID-19) ilə bağlı ölkədə tətbiq edilən xüsusi karantin rejimini nəzərə alaraq abituriyentlərə dəstək məqsədilə “YouTube” kanalında təcrübəli ekspertlərin bütün qəbul imtahanı fənləri üzrə mühazirələrini yerləşdirir.

DİM-dən AZƏRTAC-a bildirilib ki, portala Azərbaycan dili, ədəbiyyat, tarix, coğrafiya, russkiy yazık, riyaziyyat, fizika, kimya, biologiya fənləri üzrə ümumilikdə 111 videomühazirə yerləşdirilib. Videomühazirələrin yerləşdirilməsi davam etdiriləcək.

Mühazirələr qəbul proqramlarını tam əhatə etməklə, təqdim olunmuş nəzəri materialların tətbiqinə dair test tapşırıqları ilə də təchiz edilib. Videomühazirələrə DİM-in saytından baxmaq olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.