ELM VƏ TƏHSİL


Qəbul imtahanlarında ən yüksək nəticə göstərən gənc ADA tələbələri sırasına qoşulub

Bakı, 21 avqust, AZƏRTAC

Dövlət İmtahan Mərkəzinin III qrup üzrə bakalavra qəbul imtahanlarında 692 bal toplayaraq respublika birincisi olan Sərxan Həsənov ADA Universitetinin tələbələri sırasına qoşulub.

Universitetdən AZƏRTAC-a bildirilib ki, Sərxan həm də 2019-cu il buraxılış imtahanında ən yüksək nəticə göstərən 7 şagirddən biridir.

Sərxan Həsənov deyib: “ADA Universitetində hüquqşünaslıq ixtisası üzrə ingilis dilində təhsil almaq əsas akademik hədəfim idi. Hədəfimə çatdığım üçün qürurlanmaqla yanaşı, ADA-nın tələbəsi olmaq məsuliyyətini də indidən hiss edirəm. Qəbul sənədlərimi qeydiyyatdan keçirərkən ADA kollektivi və mühiti ilə yaxından tanış oldum və düzgün seçim etdiyimə bir daha əmin oldum”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.