ELM VƏ TƏHSİL


Qəbul imtahanlarında istifadə edilmiş test tapşırıqlarının təhlili aparılır

Bakı, 30 noyabr, AZƏRTAC

Dövlət İmtahan Mərkəzində (DİM) ayrı-ayrı fənlər üzrə keçirilən elmi-metodik seminarlar davam edir.

DİM-dən AZƏRTAC-a bildirilib ki, seminarlarda 2018-ci ildə qəbul imtahanlarında istifadə edilmiş test tapşırıqlarının mövzu, mürəkkəblik dərəcəsi və qabiliyyət göstəricilərinə əsasən elmi-metodik təhlili aparılır.

Təhlil nəticəsində söylənilən qeyd və təkliflər bankın təkmilləşdirilməsində nəzərə alınacaq.

Müzakirələr nəticəsində abituriyentlərin cavab verməkdə çətinlik çəkdikləri test tapşırıqları müəyyən edilir, həmin test tapşırıqlarının şərhinə dair metodik tövsiyələr hazırlanır və bu materiallar “Abituriyent” jurnalının 2-ci sayında dərc olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.