REGİONLAR


Qəbul imtahanlarında yüksək nəticə göstərən yevlaxlı gənclər mükafatlandırılıblar

Yevlax, 15 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Bu il Yevlax rayonunun orta ümumtəhsil məktəblərini bitirən 1090 məzundan 547 nəfəri ali məktəblərə keçirilən imtahanlarda iştirak etmək üçün sənəd verib və onlardan 345-i tələbə adını qazanıb. Tələbə adını qazanan gənclərdən 32 nəfəri 500-dən, 14 nəfəri isə 600-dən çox bal toplayıb. 25 nəfər xarici ölkələrin ali məktəbinə, 16 nəfəri müxtəlif ali hərbi məktəblərə qəbul olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu faktlar Yevlax rayonunda ali məktəblərə qəbul olmuş gənclərlə keçirilən görüşdə səsləndirilib. Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, təhsil şöbəsinin müdiri Namidə Abbasova və başqaları çıxış edərək, ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından, bu sahədə həyata keçirilən layihələrdən, əldə olunan uğurlardan danışıblar. Çıxışçılar ali təhsil müəssisələrinə qəbul olunmuş tələbələri təbrik edib, gənclərə təhsildə və gələcək həyatda uğurlar diləyərək, daha yüksək zirvələr fəth etməyi, Vətənə, xalqa, dövlətə gərəkli mütəxəssis və layiqli vətəndaş kimi yetişməyi arzulayıblar.

Qəbul imtahanlarında yüksək bal toplamış Sübhan Mehdiyev və Nərmin Oruczadə və Əməkdar müəllim Zərxanım Əhmədova çıxış edərık, tədbirin təşkilinə görə minnətdarlıqlarını bildirib, sevinclərini bölüşüblər.

İmtahanlarda 600-dən yuxarı bal toplayan tələbələrə fəxri fərman və qiymətli hədiyyələr verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.