DÜNYA
Qədim Misir fironu Tutanhamonun sarkofaqı bərpa olunacaq
Qahirə, 17 iyul, AZƏRTAC
Qədim Misir fironu Tutanhamonun taxtadan olan sarkofaqı bərpa edilmək üçün Böyük Misir Muzeyinin xüsusi laboratoriyasına göndərilib.
AZƏRTAC yerli mətbuata istinadla xəbər verir ki, bu barədə Qədim abidələr üzrə Ali Şuranın baş katibi Mustafa Vəziri məlumat verib.
Onun sözlərinə görə, bu minilliklərlə tarixi olan sarkofaqın bərpa kursunu keçmək üçün muzeyə aparılması barədə qərar qədim abidələr üzrə xüsusi komissiya tərəfindən qəbul olunub. Bu tarixi abidənin Böyük Misir Muzeyinə köçürülməsi üçün yüksək təhlükəsizlik tədbirləri görülüb. Bildirilib ki, 1922-ci ildə aşkar edilən sarkofaq ilk dəfə olaraq bərpa ediləcək.
Muzeyin bərpa işləri üzrə direktoru İsa Zeydan qeyd edib ki, sarkofaqın bərpası üzrə işlər səkkiz ay çəkəcək. Onun sözlərin görə, mütəxəssislər sarkofaqın qızıl suyuna salınmış üst qatında çoxlu çatlar aşkar ediblər.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]
Peter Siyarto Azərbaycana səfərə yola düşüb
- 24.04.2024 [14:18]
“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq
- 24.04.2024 [14:08]
“Taliban” İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradacaq
- 24.04.2024 [13:55]
İspaniya Baş nazirinin həyat yoldaşına qarşı istintaq başlayıb
- 24.04.2024 [13:05]
İlon Mask Hindistanda avtomobil zavodu tikilməsini təxirə salıb
- 24.04.2024 [12:07]