DÜNYA


Qədim Romanın qalıqları Orta Şərqlə sıx əlaqədə olduğunu sübut edir

Bakı, 12 noyabr, AZƏRTAC

Roma nə bir gündə tikilib, nə də onun əhalisi Romulo və Remanın əcdadlarıdır.

AZƏRTAC “lavanguardia.com” saytına istinadla xəbər verir ki, yeddi təpə üzərində qurulan şəhərə hələ tunc dövründən insan axını başlayıb və hətta düşmənlər tərəfindən bu məkan işğal da edilib.

Bu səbəbdən də həmin yerin əhalisinin DNT analizi onu göstərir ki, Roma imperiyası dövründə şəhərin kökü daha çox Orta Şərqlə sıx bağlı olub.

Müxtəlif universitetlər tərəfindən 29 qəbirdəki insan qalıqları üzərində aparılan tədqiqatların nəticəsində genetik kod müəyyənləşdirilərək belə bir qənaətə gəlinib ki, Romaya dünyanın bir çox ölkələrindən insanlar miqrasiya ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.