MƏDƏNİYYƏT


Qədim Şərq və Qərb musiqisinə həsr olunmuş gecə təşkil ediləcək

Bakı, 11 mart, AZƏRTAC

Martın 16–da Avstriyanın Azərbaycandakı səfirliyi və Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə qədim Şərq və Qərb musiqisinə həsr olunmuş tədbir təşkil ediləcək.

Mədəniyyət Nazirliyindən AZƏRTAC–a bildirilib ki, tədbir çərçivəsində saat 17:00-da ekspertlərin və tələbələrin iştirakı ilə “Orta əsr musiqisi və musiqi alətlərinin tarixi” mövzusunda dəyirmi masa keçiriləcək.

Saat 19:00-da isə Avstriyalı professor Tomas Şallabök, Azərbaycanın qədim musiqi alətlərinin tədqiqatçısı Məmmədəli Məmmədovun bədii rəhbərliyi və Xalq artisti, professor Fəxrəddin Dadaşovun rəhbərliyi altında “Əsrlərin sədası“ ansamblının qədim Şərq və Qərb musiqisinə həsr olunmuş birgə konserti təşkil olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.