REGİONLAR


Qədim Şuşada erməni vandalizmi FOTO VİDEO

Şuşa, 24 iyul, Tahir Ağaməmmədov, AZƏRTAC

Azərbaycanın mədəni paytaxtı və bütün Qafqazın incisi hesab olunan Şuşa şəhəri tarixi, mədəniyyət və memarlıq abidələri ilə zəngindir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, işğala qədər Şuşada memarlıq abidəsi sayılan yüzlərlə yaşayış binası, mədəniyyət və tarixi abidə var idi. Ermənilər işğal etdikləri digər rayon və şəhərlərdə olduğu kimi, Şuşada da tarixi keçmişimizi, mənəvi yaddaşımızı silmək istəyiblər. Şəhərdəki mədəniyyət ocaqları, abidələr, tarixi-memarlıq nümunəsi olan tikililər talan edilib, dağıdılıb və ya erməniləşdirilib.

Şuşa şəhərində erməni vandalizminə məruz qalan qədim yaşayış binaları, tarixi-memarlıq nümunələri və mədəniyyət ocaqlarından XVIII əsrə dair Şuşa qalasının divarlarını, Pənah xanın sarayı və kitabxanasını, İbrahim xanın bürcü və qəsrini, Xan sarayı və karvansarayı, M.P.Vaqifin mədrəsəsi və türbəsini, Yuxarı məscid mədrəsəsini, Hacıqulların malikanəsini, İkimərtəbəli karvansarayı, Mehmandarovların malikanə kompleksini, Gövhər ağa, Xoca Mərcanlı, Hacı Abbas, Mərdinli, Saatlı, Köçərli məscidlərini, Xurşidbanu Natəvanın evi və bulağını, Ə.B.Haqverdiyevin, Q.B.Zakirin, M.M.Nəvvabın, S.S.Axundovun, N.B.Vəzirovun, Y.V.Çəmənzəminlinin, Behbudovların, Fərəməzovların, Zöhrabbəyovun, Bəhmən Mirzənin, Xan Şuşinskinin, tarzən Sadıqcanın evlərini, Mamay bəyin evini, məscidi və bulağı, Üzeyir bəy Hacıbəylinin, Bülbülün ev-muzeylərini, Şirin su hamamını və sairi göstərmək olar. İşğala qədər Azərbaycanın ən abad, ən gözəl şəhərlərindən olan Şuşa sanki keçmişdə qalıb. İşğal dövründə şəhərdə ermənilərin qanunsuz məskunlaşması həyata keçirilsə də, Şuşanın inkişafı üçün heç bir iş görülməyib.

Qırx dörd günlük Vətən müharibəsində şanlı Azərbaycan Ordusu tərəfindən azad edilən Şuşa şəhərində artıq quruculuq-bərpa işlərinə start verilib. Tezliklə erməni vandalizminə məruz qalan tarixi-mədəni abidələr, məktəb və muzeylər, mədəniyyət ocaqları, xəstəxana və sanatoriya-kurort kompleksləri bərpa edilərək yenidən qurulacaq. Şuşa Azərbaycanın mədəniyyət paytaxtı kimi dünyanın ən gözəl şəhərlərinin birinə çevriləcək.

Şuşa şəhərində erməni vandalizmini əks etdirən görüntüləri təqdim edirik.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.