Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Qədim diyarda gəncləşən muğam sədaları

VIII “Muğam” Televiziya Müsabiqəsinin finalına və qala-konsertinə Şuşa şəhəri ev sahibliyi edəcək

Bakı, 4 avqust, Abdulla Suvar, AZƏRTAC

Dünyada bir neçə şəhər var ki, musiqi onun hər daşına, qayasına, ab-havasına hopub. Avstriyada Vyana, İtaliyada Neapol kimi, Azərbaycan musiqisinin beşiyi Şuşa da həmin şəhərlər sırasındadır. Xalq arasında məşhur bir deyim də var: “Şuşada körpələr bələkdə belə muğam üstündə ağlayır”.

Xalqımızın şərəfli və keşməkeşli tarixini səslərdə əbədiləşdirən muğamlarımız ən ağrılı-acılı günlərdə həm də təsəllimiz olub. Heyrətamiz hisslər, düşüncələr, müdriklik mənbəyi olan muğamlar həmişə sevincimizə ortaq, dərdimizə şərik çıxıb, yaralarımıza məlhəm ələyib. Muğam həm də bizi qələbəyə səsləyib. Nə xoş ki, bu gün biz qədim və tarixi qala şəhərə, milli musiqimiz və muğamlarımızla birlikdə qayıdırıq...

AZƏRTAC xəbər verir ki, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri avqustun 5-də daha bir möhtəşəm tədbirə ev sahibliyi edəcək. Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyi və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keçirilən VIII “Muğam” Televiziya Müsabiqəsinə məhz muğam beşiyində yekun vurulacaq. Əlbəttə, bu, heç də təsadüfi deyil...

Şuşa – Zaqafqaziyanın konservatoriyasıdır adını haqlı olaraq qazanıb. Şuşa konservatoriyasının parlaq nümayəndələri dünyanın bütün qitələrində Azərbaycan musiqisini ləyaqətlə təmsil edərək ona şöhrət gətiriblər.

Şuşa – Mir Möhsün Nəvvabın, Xarrat Qulunun, Hacı Hüsünün, Sadıqcanın, Məşədi İsinin, Əbdülbağı Zülalovun, Cabbar Qaryağdıoğlunun, Keçəçi oğlu Məmmədin, Məşədi Məmməd Fərzəliyevin, İslam Abdullayevin, Seyid Şuşinskinin, Bülbülün, Zülfi Adıgözəlovun, Xan Şuşinskinin, Məşədi Cəmil Əmirovun, Qurban Pirimovun, bəstəkarlardan Üzeyir Hacıbəylinin, Zülfüqar Hacıbəyovun, Fikrət Əmirovun, Niyazinin, Əfrasiyab Bədəlbəylinin, Soltan Hacıbəyovun, Əşrəf Abbasovun, Süleyman Ələsgərovun, Rəşid Behdudovun vətənidir.

Şərq musiqisinin məşhur tədqiqatçısı V.Vinoqradov hələ 1938-ci ildə Üzeyir bəy haqqında kitabında yazırdı: "Şuşada musiqi çoxdur. Azərbaycanın hər hansı rayonundan daha çox xalq mahnılarını, rəqslərini, xanəndə və sazəndələrini burada eşitmək olar. Şuşa qədim zamanlardan musiqinin beşiyi kimi məşhurdur və bütün Zaqafqaziyada xalq musiqi istedadlarının tükənməz bulağı kimi şöhrət qazanmışdır. "Şuşa musiqiçiləri" Azərbaycan musiqisinin tarixini yaradırdılar və onu yalnız vətənlərində deyil, digər Şərq ölkələrində təqdim edirdilər".

Tarixən Şuşada Xarrat Qulu Məhəmməd oğlunun, Mir Möhsün Nəvvabın, Şamaxıda Mahmud Ağanın, Bakıda Məşədi Məlik Mənsurovun məclisləri, bu məkanlardan çıxan böyük sənətkarlar muğamın milli musiqimizin ana dili olduğunu bir daha təsdiqləyir. Hələ 1922-ci ildə Bakıda açılmış ilk Avropa tipli musiqi tədris müəssisəsinin dərs proqramına muğamın tədrisi daxil edilib. Bu sənət rəssamlar, heykəltəraşlar, şairlər, rejissorlar üçün bu gün də ilham mənbəyidir.

Havalansın Xanın səsi...

Başdan-başa həyat fəlsəfəsi, müdrikliklə dolu muğamların yaşını bilən yoxdur. Əsirlərin dərinliyindən süzülüb gələn bu möhtəşəm səs abidəmiz həmişə qoca və həmişə gəncdir. Qocadır ona görə ki, onun tarixini, nə vaxt və kim tərəfindən yarandığını bilən yoxdur. Cavandır ona görə ki, heç vaxt köhnəlmir və həmişə müasir səslənir. İllər ötür, zaman keçir, nəsillər dəyişir, nə muğama olan həvəsi azalır, nə onu eşidənlərdə ehtiras.

Muğamın tarixi çox qədimdir. Şərq musiqisinin möhtəşəm sənət abidəsi olan muğamın yaranmasını alimlər hələ keçən minilliyə, İslamaqədərki dövrə aid edirlər. Onun köklərini zərdüştiliklə bağlayırlar. Muğam sözünün mənası da “Allah tərəfindən göndərilən musiqi” kimi izah olunur. Muğam onu dinləyənlərin ruhunu təmizləyir, saflaşdırır, mənəvi kamilliyə aparır. Təsadüfi deyil ki, vaxtilə musiqinin şəfaverici gücündən müalicə vasitəsi kimi istifadə ediblər.

Muğam sənəti musiqi yaradıcılığının əsasını təşkil edir. Dahi Üzeyir Hacıbəyli “Leyli və Məcnun” operasını muğam üzərində yazıb, Fikrət Əmirov “Şur” və “Kürd-Ovşarı” simfonik muğamları ilə dünya musiqisində simfonik muğam janrının əsasını qoyub. Niyazi, Qara Qarayev, Soltan Hacıbəyov, Cahangir Cahangirov, Cövdət Hacıyev, Aqşin Əlizadə, Arif Məlikov, Firəngiz Əlizadə və digər görkəmli bəstəkarların yaradıcılığında muğamdan irəli gələn bədii prinsiplər ən müasir kompozisiya texnikası ilə qovuşur. Vaqif Mustafazadə bu janrı caz sənətinə gətirib.

Azərbaycan xalqı üçün muğam həm musiqi, həm fəlsəfə, həm də ruhoxşayan özünəməxsus meditasiyadır. Azərbaycanda bir sıra muğam ifaçılıq məktəbləri formalaşıb. Muğam yaradıcılığının əsas mərkəzləri Bakı, Şamaxı, Gəncə, Naxçıvan və Şuşa hesab olunur. Onların arasında Şuşada – “Şərqin konservatoriyası”nda formalaşmış Qarabağ muğam məktəbi xüsusi maraq kəsb edir. Şuşa mühitində gözəl səslərin və istedadların dəyərini yaxşı bilirlər və təbiət öz gözəlliyi və havası ilə onlara həyat verir.

Azərbaycan muğamı intibah dövrünü yaşayır

Azərbaycan muğamının müasir tarixində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ICESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli silsilə tədbirlər müstəsna rol oynayır. Elə bunun nəticəsidir ki, son illər muğam ifaçılığı ən müxtəlif aspektlərdən hərtərəfli dəstək alaraq, sözün əsl mənasında, intibah dövrünü yaşayır. UNESCO-nun qərarı ilə dünya mədəniyyətinin qeyri-maddi irsinin bəşəri əhəmiyyətə malik sərvətləri sırasına daxil edilməsi muğamın, tar ifaçılığı sənətinin təkcə xalqımızın deyil, bütün bəşəriyyətin misilsiz mədəni sərvətinin ayrılmaz hissəsi kimi qiymətləndirilməsidir.

Ölkəmizdə “Muğam aləmi” Beynəlxalq muğam festivallarının, müsabiqələrin, muğam konsertlərinin, simpoziumların təşkili, “Qarabağ xanəndələri” albomunun buraxılması, “Muğam” jurnalının, “Muğam ensiklopediyası”nın nəşri, müasir texnologiyalara əsaslanan və 8 diskdən ibarət “Azərbaycan muğamı” multimedia toplusunun hazırlanması Heydər Əliyev Fondu, Azərbaycan Mədəniyyət Fondunun bu sahəyə göstərdiyi diqqətə bariz nümunələrdəndir.

Azərbaycan muğamına yeni bir həyat bəxş edən Mehriban Əliyeva bu bənzərsiz sənət inciləri ilə bağlı fikirlərini belə dilə gətirir: “Biz azərbaycanlılar hamımız, haqlı olaraq, öz doğma muğamlarımızla fəxr edirik. Hər bir azərbaycanlı üçün muğam xüsusi əhəmiyyət daşıyır. Qərblə Şərq arasında, Böyük İpək Yolu üstündə yerləşən Azərbaycan sivilizasiyaların qovuşduğu bir məkanda əsrlər boyu öz mədəniyyətini formalaşdırmışdır. Bəzi dövrlərdə biz müxtəlif imperiyaların daxilində yaşasaq da, dinimiz, milli dəyərlərimiz, dilimiz, mədəniyyətimiz bizi bir xalq kimi, millət kimi qoruyub saxlamışdır. Azərbaycanın zəngin mədəniyyətinin və tarixinin ən gözəl incilərindən biri olan muğam, muğam sənəti bizim milli sərvətimizdir. Muğam Azərbaycan xalqına xas olan ən gözəl xüsusiyyətlərin daşıyıcısıdır. Torpağa, köklərə bağlılıq, vətənpərvərlik, milli ləyaqət hissi, qonaqpərvərlik, xeyirxahlıq, mərhəmət, emosional zənginlik - bütün bu hisslər muğam fəlsəfəsinin əsasındadır. Odur ki, desəm muğam gözəlliyin və məhəbbətin rəmzidir - səhv etmərəm”.

Heydər Əliyev Fondunun uğurlu layihələrindən biri də “Muğam” Televiziya Müsabiqəsidir. 2005-ci ildən başlanan muğam müsabiqəsi 8-ci dəfədir ki, istedadlı gənc muğam ifaçılarının qarşısında yaşıl işıq yandırıb, onların əlindən tutub muğam dünyasının ülviliyinə, musiqi xəzinəsinin dərinliklərinə aparıb. İndiyədək keçirilən muğam müsabiqələrinin iştirakçıları arasında elələri var ki, onlar nəinki ölkəmizdə, həm də onun hüdudlarından çox-çox uzaqlarda bu sənəti layiqincə təmsil edirlər. Hələ bundan sonra da muğam müsabiqəsinin istedadlı iştirakçıları xalqımızın milli-mənəvi irsinin layiqli davamçıları kimi onu gələcək nəsillərə daşıyacaqlar.

Azad Şuşanın yeni növrağı

“İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür!....” – bu sözləri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində deyib.

2020-ci il 8 noyabr Azərbaycan xalqının tarixinə “Zəfər günü” kimi daxil oldu. Şuşa şəhəri azad edildikdən sonra 2021-ci il mayın 7-də Prezident İlham Əliyev “Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında” Sərəncam imzaladı.

Qarabağ Zəfərinin zirvəsi sayılan Şuşanın qısa müddət ərzindəki inkişafına fərəhlə şahidlik edirik. Zəfər yolunun inşası ilə başlayan ilk quruculuq işlərinin gözəl nəticələri var: Yol abadlığın ilkin nişanəsi hesab olunur. Əbəs yerə deyil ki, “abad kənd yolundan tanınar”, - deyiblər. Şübhəsiz ki, yol tarixi torpaqlara qayıdışın ilkin əlamətlərindən biridir. Qısa vaxtda inşa edilən Zəfər yolu bizi qoynuna alıb şəhidlərin, qəhrəman igidlərin qanı ilə suvarılan dağları, dolayları dolaşaraq Şuşaya aparıb çıxarır. O Şuşaya ki, nə az, nə çox düz 28 il yarım onun loğman havası, məlhəm suyu, quşqonmaz zirvələri, başgicəlləndirən dolayları, sıldırım qayaları, füsunkar təbiəti üçün sızım-sızım sızlamışıq, göyüm-göyüm göynəmişik. Aradan ötən həsrət dolu bu 28 ildə Şuşa gecələr yuxumuza, gündüzlər xəyallarımıza hakim olub. Uzun ayrılıqdan sonra qədim tarixi şəhər ana kimi qollarını açaraq öz əzəli və əbədi sakinlərini qucaqlayıb.

Bugünkü Şuşanın növrağı başqadır. Şəhər tikinti və quruculuq meydanını xatırladır: tarixi, mədəni, dini abidələrin bərpası sürətlə davam edir. Bülbülün ev-muzeyi təmir edilib. Üzeyir Hacıbəylinin ev-muzeyinin təmirinə hazırlıq gedir. Üç məsciddə təmir-bərpa işləri aparılır. Bütün bunlar Şuşanın inkişaf dinamikasından, görüləcək işlərin miqyasından xəbər verir. 2020-ci il noyabrın 8-də Prezident İlham Əliyevin Şuşanın işğaldan azad olunması ilə əlaqədar xalqa müraciətində yüksək vurğu ilə səsləndirdiyi “Şuşa, biz səni dirçəldəcəyik!” sözləri gerçəkliyə çevrilir.

Prezident İlham Əliyev 2022-ci ili “Şuşa İli” elan etdi. Bu tarixi qərar, ilk növbədə, dövlət başçısının xalqın milli-mədəni və mənəvi dəyərlərinə, keçmişinə ehtiramının təcəssümü oldu. Eyni zamanda, 2022-ci ilin “Şuşa İli” elan edilməsi Vətən müharibəsindəki tarixi Zəfərimizi və Qarabağın əzəli Azərbaycan torpağı olduğunu bir daha dünyaya çatdıran vacib addımdır.

Cıdır düzündə qala-konsert

Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyi və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keçirilən VIII “Muğam” Televiziya Müsabiqəsinin finalı və qala-konsertinə Şuşa şəhəri ev sahibliyi edəcək. Final gecəsi avqustun 5-də, qala-konsert isə avqustun 6-da keçiriləcək.

Finala və qala-konsertə tanınmış sənət adamları, mədəniyyət və incəsənət xadimləri dəvət olunub. Final gecəsinin açılışını Xalq artisti Mənsum İbrahimov edəcək. Ardınca iştirakçıların ifaları dinləniləcək, münsiflər heyətinin məşvərətindən sonra qaliblər elan olunacaq.

Qala-konsertdə bu günədək keçirilən səkkiz “Muğam” müsabiqəsinin qalib və mükafatçıları çıxış edəcəklər. İfalar müsabiqənin keçirildiyi illər üzrə duet şəklində təqdim olunacaq.

Müsabiqənin finalı Bülbülün ev-muzeyinin həyətində, qala-konsert isə Cıdır düzündə təşkil olunacaq. Hər iki konsert proqramı AzTV, “Mədəniyyət” TV və Azərbaycan Radiosu vasitəsilə saat 16:00-dan etibarən canlı yayımlanacaq. İki saatlıq muğam ziyafətini AzTV və “Mədəniyyət” TV-nin rəsmi feysbuk və yutub səhifələrində də canlı izləmək mümkün olacaq. Bununla yanaşı, avqustun 5-6-da saat 21:00-da Dənizkənarı Milli Parkdakı böyük monitorda VIII “Muğam” müsabiqəsinin finalı və qala-konserti nümayiş etdiriləcək.

Qeyd edək ki, müsabiqənin seçim turları aprelin 9-da başlanıb, Ağdam, Füzuli və digər işğaldan azad olunmuş ərazilər başda olmaqla bütün regionları əhatə edib. Yarışma mayın 10-da start götürüb. Müsabiqə üç ay müddətində həftədə iki dəfə olmaqla Azərbaycan Televiziyası və “Mədəniyyət” kanalı vasitəsilə canlı yayımlanıb.

Adını musiqi tariximizə böyük hərflərlə yazdırmış bu yurdun yetirməsi olan korifey sənətkarlar da ruhən Cıdır düzündəki qala-konsertdə olacaqlar.

Avqustun 5-6-da Şuşada səslənəcək Azərbaycan musiqisi bu torpağa iddiası olanları bir daha düşünməyə sövq edəcək. Tarixən özününkü olmayana yiyələnmək, başqasının malına əl uzatmaq çirkin və mənfur işdir, heç vaxt heç kəsə xeyir gətirməyib və gətirməyəcək. Onun milli-mənəvi sərvətinə sahib çıxmaq da, həmçinin.

Şuşada VIII “Muğam” Televiziya Müsabiqəsinin finalı və qala-konsertinin keçirilməsi mühüm mədəni hadisədir. Uca dağlar qoynunda qərar tutan şəhərdə gənc muğam ifaçılarının səsi dalğa-dalğa, pərdə-pərdə ətrafa yayılacaq, onun təsadüfən muğam mərkəzi, musiqi beşiyi olmadığını, tarixdən gələn ənənənin bu gün də yaşadığını və sənət estafetinin layiqli əllərdə olduğunu nümayiş etdirəcək...

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ Senatı Ukrayna, İsrail və Tayvana yardım paketini təsdiqləyib

Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri COP29-da iştiraka dəvət olunub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Milanda gecə saatlarında pizza və dondurma yemək qadağan olunacaq

İNALCO: Türk Mədəniyyəti və Dilləri Günündə Azərbaycan mədəniyyəti təqdim olunub

Ukrayna mülki aviasiyanın modernləşdirilməsinə dair sazişi ləğv edib

Rusiya müdafiə nazirinin müavini saxlanılıb

Nikol Paşinyan: Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur

Dövlət Departamenti: ABŞ Rusiyanın enerji sektoruna qarşı sanksiyaları davam etdirəcək

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı

Rusiya XİN Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının zəruri olduğunu bildirib

Bolat Nurqaliyev: Sülh prosesi başlayandan sonra Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dərəcədə yüksəlib VİDEO

Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb

Milli Məclisin növbəti plenar iclasında 18 məsələ müzakirə olunub

Ombudsman britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan kitab üçün müsahibə verib

İmişlidə “Mercedes” marketə çırpılıb, yeniyetmə son anda qəzadan xilas olub: anbaan görüntülər VİDEO

AMB sədrinin rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyası ABŞ-da işgüzar səfərdədir

Xankəndi şəhərində tapdığı silah-sursatları polisə təhvil verməyən şəxs saxlanılıb

"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük

Azərbaycan Prezidentinin Rusiya səfəri iki ölkə arasında əməkdaşlıq baxımından tarixi önəm daşıyır ŞƏRH

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib

Azərbaycan Afrika və Yaxın Şərqin ən böyük kənd təsərrüfatı sərgilərindən birində təmsil olunur

SOCAR-ın prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan və İspaniya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsini müzakirə edib

Portuqaliyalı ekspert: Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq VİDEO

® “Rabitəbank”dan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub

Pekində “Azərbaycanda investisiya və ticarətin təşviqi” konfransı keçirilib VİDEO

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar

Ombudsman Aparatı uşaq hüquqları ilə bağlı təlim təşkil edib

Avstriyalı ekspert: Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

MSN-in istehsal etdiyi silahlar Vətən müharibəsində və antiterror tədbirlərində düşmənə gücünü döyüş şəraitində göstərib

Ceyms Şarp: COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq

Qarabağ Regional DOST Mərkəzində 300-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Alman filosofu İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

Ceyhun Bayramov Çexiyanın “CEVRO” İnstitutunda ölkəmizin xarici siyasət prioritetlərindən danışıb

Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb

Peşə təhsil müəssisələrinin məzun və tələbələri "Casa Culinary Cup 2024" yarışmasında qalib olublar

Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər

Prezident İlham Əliyevin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb

Qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan ilə Qırğızıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur

Tədqiqat bəzi meşələrin iqlim dəyişikliyinə müqavimətdə mühüm rolunu üzə çıxarıb

BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar

“Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” - elmi seminar

ABŞ Konqresi üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizdə mövcud mina problemi barədə məlumatlandırılıb

AzTU-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin IV dalğası barədə infosessiya keçirilib

Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük

® “PAŞA Holding” üçün taksi biznesində növbəti mərhələ

Qarbi Abdelbaset: QH çərçivəsində əlaqələr Əlcəzair-Azərbaycan münasibətlərin inkişafına imkan yaradıb

“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub

Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətlər qura bilmişik

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB VİDEO

“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır

Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub

Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək

Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?

Nərimanov rayonunda məktəblilərə narkotiklərin zərərli təsiri barədə məlumat verilib

Beynəlxalq ekspert: Azərbaycanın yaşıl enerji keçidində liderliyi beynəlxalq əməkdaşlıq üçün strateji imkandır – MÜSAHİBƏ

Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar

® Balaxanı Əməliyyat Şirkəti ərazilərində ağacəkmə işləri həyata keçirilir

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilib - YENİLƏNİB-2 VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Əlcəzair parlamentarisi: Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur

Şəkidə ağacəkmə aksiyası keçirilib

Azərbaycan Prezidenti: Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur

BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri ŞƏRH

Azərbaycan Prezidenti: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik

Ədəbiyyat İnstitutunda Abdulla Şaiqin “Türk çələngi” kitabı təqdim edilib

Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib

Prezident: Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir

Debora Zakuto: Fikrimcə Aida Mahmudovanın əsərlərindəki rəng ahəngi təbiətin onun həyatındakı rolunu göstərir

AzMİU-da “İnformasiya texnologiyaları və onların tətbiqi” adlı II beynəlxalq konfrans keçirilib

Fırat Arapoğlu: Aida Mahmudovanın ən böyük uğurlarından biri də bəşəri ziddiyyətləri əsərlərində təsvir edə bilməsidir

Küveyt Dövləti Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayır

Bakıda Türkiyənin Milli suverenlik və uşaq bayramı münasibətilə tədbir təşkil olunub

Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır

İdman zalının kassasını talayaraq 12 min manat məbləğində pul oğurlayan mühafizəçi saxlanılıb

Azərbaycan Prezidenti: Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir

Azərbaycanın aparıcı musiqiçiləri Peterburq filarmoniyasında çıxış edəcəklər

Cari ilin birinci rübündə dövlət əmlakının icarəyə verilməsindən büdcəyə daxilolmalar artıb

Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb

BDU-nun şahmat komandasının uğuru

Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar

Yeni inşa olunmuş yaşayış binası xidməti istifadəyə verilib

Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb

Xalq yazıçısı Anar məktəblilərlə görüşündə mütaliənin əhəmiyyətindən danışıb

MEDİA-da Özbəkistan Jurnalistlər İttifaqının nümayəndə heyəti ilə görüş olub

Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Küçə mühitindəki uşaqlarla bağlı layihəyə cəlb olunmuş sosial işçilər üçün təlimlər keçirilib

“Cinayət prosesini həyata keçirən orqana çağırış vərəqələrinin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Cinayət mühakimə icraatında prosessual sənədin verilməsi barədə qəbzlərin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Coğrafiyaçı alimlər məktəblilərlə görüşüb

Alimlər məktəblilərə narkomaniyanın fəsadlarından danışıblar

Türkiyə Prezidenti müxtəlif ölkələrdən Ankaraya gələn uşaqlarla görüşüb