CƏMİYYƏT


Qədim qayaüstü rəsmlərin ulduz sisteminin xəritəsi olduğu aşkar edilib

Bakı, 29 noyabr, AZƏRTAC

Paleolit və neolit dövrünün qayaüstü heyvan şəkillərinin bürclərin təsviri olması aşkar edilib. Bu barədə Edinburq Universitetinin saytında bildirilir.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, alimlər əvvəllər rəsmlərin məişət şəraiti və ya ov səhnələrinin təsviri olduğunu hesab edirdilər. Lakin Türkiyə, İspaniya, Fransa və Almaniyadakı mağaraları diqqətlə öyrəndikdən sonra onlar belə nəticəyə gəliblər ki, rəsmlər nümunəvi texnologiya üzrə yaradılıb və astronomiya sahəsində mühüm bilikləri təsdiqləyir.

Tədqiqatçıların fikrincə, bu kəşf deməyə əsas verir ki, hələ 40 min il bundan əvvəl insanlar ulduzların yerdəyişməsi barədə biliklərindən istifadə edərək zamanı izləyirdilər.

Bundan başqa, bürclər sxemi təbii fəlakətlər kimi əhəmiyyətli hadisələrin qeyd edilməsində istifadə olunub. Təxminən eramızdan 15 min il əvvəl meteoritin Yer kürəsi ilə toqquşması barədə məlumatın Fransanın Lasko mağarasındakı rəsmlərdə göstərildiyi məlum olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.