REGİONLAR


Qədim samovarları oğurlayıb yalan məlumat versə də, cinayət əməlinin üstü açıldı VİDEO

İsmayıllı, 11 aprel, AZƏRTAC

İsmayıllı rayonunun Bizlan kəndindəki restoranlardan birinin sahibi polis şöbəsinə müraciət edərək gecə saatlarında obyektdə quldurluq hadisəsinin baş verdiyini bildirib. Həmin şəxs bu barədə məlumatı orada gözətçi işləyən Yavər adlı şəxsdən aldığını söyləyib. Gözətçinin dediyinə görə, maskalı naməlum şəxslər onu döyərək Sumqayıt şəhərinə aparıb və orada avtomobildən düşürüb, yollarına davam ediblər. Gedərkən restorandakı ümumi dəyəri 5 min manata yaxın olan qədim samovarları da özləri ilə aparıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində obyektdə əslində quldurluq cinayətinin baş vermədiyi, gözətçi Yavər Məmmədovun məsuliyyətdən yayınmaq üçün belə bir plan qurduğu məlum olub. Belə ki, həmin şəxs samovarları özü oğurlayaraq Qobustan rayonunda satıb və daha sonra iz itirmək məqsədilə obyektin sahibinə guya restorana maskalı şəxslərin basqın etməsi ilə bağlı yalan məlumat verib. Onun bu planı polis əməkdaşları tərəfindən ifşa edilib və samovarlar satdığı yerlərdən maddi sübut kimi götürülərək istintaqa təqdim olunub.

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.