MƏDƏNİYYƏT


Qədim tarixi memarlıq abidəsi olan Qız qalası haqqında videoçarx hazırlanıb

Bakı, 14 iyul, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 nömrəli filialı UNESCO-nun Ümumdünya Maddi-Mədəni İrs Siyahısına salınmış qədim tarixi memarlıq abidəsi olan Qız qalası haqqında videoçarx hazırlayıb.

İdarədən AZƏRTAC-a bildirilib ki, videoçarx vasitəsilə izləyicilər paytaxtımızın incisi Qız qalasına virtual tura çıxacaq, abidənin özəllikləri barədə ətraflı məlumat əldə edə biləcəklər.

Videomaterial kitabxananın “Instagram” hesabında izləyicilərə təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.