REGİONLAR
Qədim tərəkəmə yeməyi – şilə VİDEO
Beyləqan, 19 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Azərbaycan milli mətbəxinin qədim yeməklərindən biri şilədir. Respublikamızın bir sıra bölgələrində bişirilən şilə tərəkəmələrin ən çox sevdikləri yeməklərdəndir.
Beyləqan rayonunun Yeni Mil qəsəbə sakini Xanım Kamranova AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, tərəkəmələrin Qarabağ dağlarına yaylağa gedərkən ən çox bişirdikləri yeməklərdən biri şilə olub. Köç yaylağa çatanda quzunu kəsər, tez hazırlanan yemək olduğu üçün şilə bişirərdilər.
Xanım Kamranova bu yeməyin bişirilmə qaydasından danışarkən deyib: “Şilənin hazırlanmasında quzunun döş əti, yumru düyü, soğan, turşu, duz və istiotdan istifadə edilir. Əvvəlcə quzunun döş əti doğranır. Soğan yağda dağ olunur, ətlə birlikdə qovurulur. Üzərinə su, düyü və 200 qram alça və ya gavalı turşusu tökülüb vam odda bişirilir. Əgər şilə 1 kiloqram ətlə bişirilirsə, 1 litr su, 3 stəkan düyü əlavə olunmalıdır. Duz və istiot zövqə uyğun vurulur”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [15:42]
Sumqayıt rəssamları Şuşaya səfər ediblər
- 23.04.2024 [14:43]
Naxçıvana 30 qutu ipəkqurdu toxumu gətirilib
- 23.04.2024 [14:14]
Yerli sort qarpız növləri unudulmaqdadır - Saatlıdan reportaj FOTO
- 23.04.2024 [13:57]
Ali Məclisin komitə iclasında Nazirlər Kabinetinin hesabatı təqdim edilib
- 23.04.2024 [10:46]
“Chevrolet”lə “Tofaş” toqquşdu - 2 ölü, 2 yaralı
- 23.04.2024 [10:18]