İDMAN


Qədir Hüseynov Fuceyrada blits turnirində ikinci yeri tutub

Bakı, 28 yanvar, AZƏRTAC

Yanvarın 27-də Birləşmiş Ərəb Əmirliklərinin Fuceyra şəhərində şahmatın blits növü üzrə keçirilən turnirdə Azərbaycan şahmatçısı uğurla çıxış edib.

AZƏRTAC xəbər verir ki, təmsilçimiz Qədir Hüseynov 9 turdan 6,5 xal toplayaraq ikinci yeri tutub.

Turnirin qalibi 7 xalla polşalı şahmatçı Katsper Pyerun olub. Üçüncü yerdə isə 6 xalla Rusiya təmsilçisi Danila Pavlov qərarlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.