İDMAN


Qədir Hüseynov İspaniya şahmat turnirinin reytinq-favoritidir

Bakı, 3 iyul, AZƏRTAC

Sabah İspaniyanın Barbera-del-Valyes şəhərində 41-ci şahmat festivalı start götürəcək. Open “A” turnirində 18 ölkədən 89 şahmatçı, o cümlədən 17 qrossmeyster iştirak edəcək.

AZƏRTAC xəbər verir ki, Azərbaycan qrossmeysteri Qədir Hüseynov (2654) turnirin reytinq-favoritidir. İkinci yerdə Reynaldo Ortiz Suarez İsan gəlir. Üçüncü yerdə 2545 reytinq əmsalı ilə Azərbaycan təmsilçisi Namiq Quliyev qərarlaşıb.

Şahmat turniri İsveçrə sistemi üzrə keçiriləcək və 9 turdan ibarət olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.