CƏMİYYƏT


Qədir Xəlilov: Azərbaycanın Türkiyə və Pakistanla tarixi əlaqələrini yeni nəslə çatdırmaq borcumuzdur

İstanbul, 17 iyun, AZƏRTAC

Artıq hər kəsə bəllidir ki, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın 44 günlük Vətən müharibəsi dövründə ilk günlərdən etibarən bizə dəstək verən ölkələrin başında Türkiyə və Pakistan gəlirdi. Hər iki ölkənin liderləri öz çıxışlarında Azərbaycana dəstək verdiklərini açıq şəkildə bəyan etdilər.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov bildirib.

O, deyib: “Azərbaycanın Türkiyə və Pakistan ilə tarixi əlaqələrini daha da inkişaf etdirmək və indiki gənclərə, yeni nəslə çatdırmaq bizim borcumuzdur. Bu səbəbdən Türkiyə və Pakistanın gənclər təşkilatları ilə birgə forumu ərsəyə gətirməyə qərar verdik. Forumun əsas məqsədi gənclərimiz arasındakı əlaqələri daha da genişlətmək və onlara Azərbaycanın tarixi Qarabağ Zəfəri barədə məlumat verməkdir. İlk tədbirimizin İstanbulda keçirilməsinin əsas məqsədi Türkiyədə həm Azərbaycan, həm də pakistanlı tələbələrin çox olmasıdır. Düşünürəm ki, gələcəkdə Türkiyənin digər bölgələrində də belə tədbirləri keçirə bilərik”.

 

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.