REGİONLAR
Qədirbilən xalqımız Ulu Öndərin əziz xatirəsini daim uca tutur
Salyan, 12 dekabr, Mahir Babayev, AZƏRTAC
Dekabrın 12-də Salyandakı Heydər Əliyev Parkında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasətçi, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan anım mərasimi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun rəhbər işçiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə, müəssisə və təşkilat kollektivləri, ictimaiyyət nümayəndələri əvvəlcə Ulu Öndərin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.
Sonra anım mərasiminin iştirakçıları Ulu Öndərin adını daşıyan mərkəzdə dahi rəhbərin həyat və fəaliyyətinin ayrı-ayrı məqamlarını əks etdirən fotoşəkil və sənədlərlə tanış olublar.
X X X
Ulu öndər Heydər Əliyevin vəfatının 15-ci ildönümü Hacıqabulda da ehtiramla anılıb.
Rayonun rəhbər işçiləri, idarə, müəssissə və təşkilat rəhbərləri və minlərlə hacıqabullu Heydər Əliyev Parkına gələrək Ümummilli Liderin abidəsi önünə gül dəstələri qoyub, xatirəsinə ehtiramlarını bildiriblər.
Sonra anım mərasiminin iştirakçıları Heydər Əliyev Mərkəzində dünya şöhrətli siyasətçinin həyatının ayrı-ayrı məqamlarından bəhs edən fotoşəkil və sənədlərlə tanış olublar.
X X X
Respublikamızın bütün bölgələrində olduğu kimi, İmişlidə də ulu öndər Heydər Əliyevin xatirəsi dərin ehtiramla anılıb.
Rayonun icra strukturları, hüquq-mühafizə orqanlarının rəhbərliyi, minlərlə imişlili müasir müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.
Tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif anlarını əks etdirən sənəd və fotoşəkillərlə tanış olublar.
Sonda Ümummilli Liderin həyat və fəaliyyətinə həsr olunan qısametrajlı film nümayiş etdirilib.