MƏDƏNİYYƏT


Qəhrəmanlar unudulmur

Bakı, 17 may, Zərəngiz Mansurova, AZƏRTAC

Mayın 17-də Beynəlxalq Mətbuat Mərkəzində “Aşıq Şəmşir” Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə Milli Qəhrəman Şahlar Şükürovun xatirəsinə həsr edilmiş “Qəhrəmanlar unudulmur” adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə İctimai Birliyin sədr müavini Həbib Misirov Milli Qəhrəmanın şərəfli döyüş yolundan, müharibədə göstərdiyi igidliklərdən söhbət açıb.

Bildirilib ki, Ş.Şükürov 1990-cı il iyulun 11-də Tərtər-Kəlbəcər yolu ilə hərəkət edən maşın karvanının Ağdərə ərazisində ermənilərin qəfil hücumuna məruz qalan zaman qeyri-bərabər döyüşdə qəhrəmanlıq nümayiş etdirərək həlak olub.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə polis mayoru Şahlar Şükürov ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Tədbirdə Milli Qəhrəmana həsr edilmiş film nümayiş olunub.

Şairlər Zakir Fəxri, Adil Cəmil, Zərəngiz Dəmirçi, tələbə Emin Rəcəbli və başqaları qəhrəmanın hünərindən danışıb, onu gəncliyimizə nümunə kimi təqdim ediblər.

Bildirilib ki, xalqımız və dövlətimiz öz qəhrəmanlarının xatirəsini əziz tutur, onların ömür yolunun təbliği, xatirəsinin əbədiləşdirilməsi üçün böyük işlər görür.

Milli Qəhrəmanın oğlu Sənan Şükürov atasının xatirəsinə göstərilən ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.