ELM VƏ TƏHSİL


Qəhrəmanlar unudulmur

Bakı, 13 may, AZƏRTAC

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən Azərbaycan dilli “Vikipediya”da Qarabağ müharibəsi iştirakçısı Elşad Ağayev və Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Fizuli Salahov haqqında məqalə yaradılıb.

MEK-dən AZƏRTAC-a bildirilib ki, məqalələrdə Elşad Ağayevin və Fizuli Salahovun həyatı və keçdikləri döyüş yolu barədə məlumat verilib. Qeyd edilib ki, Elşad Ağayev Beyləqan istiqamətində gedən döyüşlərdə şəhid olub. O, göstərdiyi şücaətə görə ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

Fizuli Salahov isə 2017-ci il dekabrın 13-də cəbhənin Füzuli bölgəsində erməni silahlı qüvvələrinin təxribatının qarşısını alarkən şəhid olub. O, ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” II dərəcəli medalı ilə təltif edilib.

Məqalələrlə daha ətraflı qeyd edilən linklərdə tanış olmaq mümkündür:

https://az.wikipedia.org/wiki/El%C5%9Fad_A%C4%9Fayev?fbclid=IwAR3scOfmZVHUOOUQwK4cGBKu42aF8y5UGUCDUAn-QYSpMQhwwnAimJN9wjA

https://az.wikipedia.org/wiki/Fizuli_Salahov?fbclid=IwAR3K-mCpyWDF8OwylqWRhxcTpHimB4XFo8HC4VNSQtu35az3t5gJP8m5uU

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.