MƏDƏNİYYƏT


Qəhrəmanlarımız sönməz məşəldir...

Bakı, 10 yanvar, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Nizami rayon Mərkəzi Kitabxana Sisteminin xidmət şöbəsinin əməkdaşları 61 nömrəli tam orta məktəbdə Milli Qəhrəman Mətləb Quliyevin anadan olmasının 60 illiyi ilə əlaqədar “Qəhrəmanlarımız sönməz məşəldir” adlı görüş keçiriblər.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, qurumun xidmət şöbəsinin əməkdaşı Rəna Mustafayeva çıxış edərək Milli Qəhrəmanın həyatı və keçdiyi döyüş yolu haqqında ətraflı məlumat verib. Bildirib ki, Mətləb Quliyev 1959-cu il yanvarın 9-da Beyləqan rayonunda anadan olub. O, 1992-ci ildə leytenant rütbəsində daxili qoşunlarda xidmətə başlayıb, cəbhənin müxtəlif istiqamətlərində cəsarətlə vuruşub. 1992-ci il avqustun 31-də Ağdam bölgəsində düşmənə qarşı döyüşdə şücaət göstərərək onlarla erməni yaraqlısını məhv edib və qəhrəmancasında həlak olub.

Qeyd edilib ki, görüşün keçirilməsində məqsəd şagirdlərə vətənpərvərlik ruhunu aşılamaq və onları Milli qəhrəmanlarımızın keçdiyi şərəfli döyüş yolu ilə tanış etməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.