ELM VƏ TƏHSİL


“Qəhrəmanlarımızı tanıyaq!” layihəsi çərçivəsində görüş keçirilib

Bakı, 18 yanvar, AZƏRTAC

Təhsil Nazirliyi 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Qəhrəmanlarımızı tanıyaq!” layihəsi çərçivəsində “Qürur yerimiz-şəhid qəhrəmanlarımız!” adlı onlayn görüş keçirilib.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tədbirin keçirilməsində məqsəd Vətən müharibəsi şəhidlərini, qəhrəmanlarımızı böyüməkdə olan gənc nəslə daha yaxından tanıtmaq olub.

Görüşdə Milli Məclisin deputatları Aydın Mirzəzadə, Cavid Osmanov, “Azərbaycan bayrağı” ordenli, ehtiyatda olan polkovnik Elmar Hüseynov, Təhsil Nazirliyinin, eləcə də rayon təhsil şöbələrinin nümayəndələri, ümumtəhsil məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin direktorları, 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin pedaqoji heyəti, qazi Emin Cəbrayılov, şəhid ailələri və digər qonaqlar iştirak ediblər.

Tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Görüşdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun döyüş meydanında qazandığı tarixi Qələbədən, xalqımızın birliyi və şücaətindən bəhs edilib. Həmçinin Vətən müharibəsində öz qəhrəmanlıqları ilə şücaət göstərən şəhid Babək Səmidli, Vidadi Xəlilov, Cavid Səfərli, Həmid Cəfərli, Yaşar Babayev, Fuad Xankişiyev, Məhəmməd Məmmədli, Cəlaləddin Fərhadovun döyüş və həyat yolunu özündə əks etdirən videoçarxlar dərnək üzvlərinin təqdimatında nümayiş olunub. Şəhid ailələri və yaxınları qəhrəmanlarımız haqqında xatirələrini bölüşüblər.

Sonda 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin, Mingəçevir, Göyçay və Ağdaş rayon uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvlərinin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib, musiqi kompozisiyaları ifa olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.