MƏDƏNİYYƏT


“Qəhrəmanlıq salnaməsi” adlı sərgi təşkil edilib

Bakı, 8 sentyabr, AZƏRTAC

İsmayıllı Regional Mədəniyyət İdarəsi Qəbələ Dövlət Rəsm Qalereyasında II Qarabağ müharibəsi şəhidi Əsəd Zeynallının xatirəsinə həsr olunmuş “Qəhrəmanlıq salnaməsi” başlığı altında sərgi təşkil edilib.

AZƏRTAC xəbər verir ki, Xaçmaz Regional Mədəniyyət İdarəsi Quba rayon MKS-nin Mərkəzi Kitabxanasının əməkdaşları və oxucuları Vətən müharibəsinin ildönümü ərəfəsində Quba rayon Şəhidlər xiyabanını ziyarət ediblər. MKS-nin Bağbanlı qəsəbə kitabxana filialının təşkilatçılığı ilə Vətən müharibəsi şəhidi Seymur Qocayevin evində ailəsi ilə görüş keçirilib. Rayonun Susayqışlaq kənd kitabxanasında açıq səma altında İkinci Qarabağ müharibəsinin ildönümünə həsr olunmuş “Zəfər yürüşü” adlı tədbir təşkil edilib.

Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağcabədi rayon MKS-nin əməkdaşları Vətən müharibəsi şəhidi Mirağa Əliyevin məzarını ziyarət ediblər. Kitabxana əməkdaşları daha sonra şəhidin xatirəsinə hazırlanmış bulağın açılış mərasiminə qatılıblar.

Ağstafa Regional Mədəniyyət İdarəsi Ağstafa rayon Mədəniyyət Mərkəzinin təşəbbüsü və filial əməkdaşlarının iştirakı ilə Vətən müharibəsinin ildönümü ilə əlaqədar “Vətən müharibəsindəki Qələbəmiz tarixi nailiyyətimizdir” başlıqlı tədbir keçirilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.