CƏMİYYƏT


Qəhvə xərçənglə mübarizədə olduqca faydalıdır

Bakı, 30 iyul, AZƏRTAC

Aparılan tədqiqatlar qəhvənin xərçəngin ən geniş yayılan növü ilə mübarizədə olduqca faydalı olduğunu sübut edib.

AZƏRTAC “JAMA Onkology” jurnalına istinadla bildirir ki, ABŞ-dakı Dana-Farber Xərçəng İnstitutunun alimləri gündə bir neçə fincan qəhvə içməyin kolorektal yəni yoğun bağırsaq xərçəng xəstələrinin sağqalma şansını artırdığını, vəziyyətlərini yaxşılaşdırdığını və xəstəliyin şiddətlənmə riskini azaltdığını bildiriblər.

Mütəxəssislər yoğun bağırsağın metastatik xərçəngindən müalicə olunan 1171 xəstə barədə məlumatları analiz edib. Gündəlik iki və ya daha çox fincan qəhvə içdiyini bildirənlər, qəhvə içməyənlərə nisbətən daha uzun ömür sürüblər və onlarda metastaz prosesi ləngiyib. Yəni dörd fincan qəhvə içməyin faydalı olduğu məlum olub. Hətta tərkibində kofein olmayan kofe içəndə belə, bu təsir öz qüvvəsini göstərib.

Tədqiqatçılar qeyd edib ki, qəhvənin tərkibində inkişaf etmiş xərçəngə qarşı təsir göstərən antioksidantlar və iltihab əleyhinə maddələr var.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.