CƏMİYYƏT


Qəhvəyi mərmər bağacığına qarşı kompleks tədbirlər davam etdirilir

Qəhvəyi mərmər bağacığına qarşı kompleks tədbirlər davam etdirilir

Bakı, 26 may, AZƏRTAC

Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə kompleks tədbirlər davam etdirilir.

Mayın 26-sı “Qəhvəyi mərmər bağacığına qarşı bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsi haqqında” Nazirlər Kabinetinin Sərəncamı əsasında yaradılan və Qida Təhlükəsizliyi Agentliyinin rəhbərlik etdiyi Regional Əlaqələndirmə Mərkəzində təmsil olunan dövlət qurumlarının nümayəndələrinin Zaqatala və Balakən rayonlarında görüşləri təşkil olunub.

AZƏRTAC xəbər verir ki, görüşlərdə Qida Təhlükəsizliyi Agentliyinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin, yerli icra hakimiyyəti orqanlarının və digər aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.

Tədbirdə Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Balarəhim Quliyev “Qəhvəyi mərmər bağacığına qarşı bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsi haqqında” Nazirlər Kabinetinin Sərəncamından irəli gələn məsələlər haqqında geniş məlumat verərək bildirib ki, qəhvəyi mərmər bağacığının təhlükəliliyini nəzərə alaraq, sahibkarlar cari mövsümdə feromon tələ və pestisid ehtiyatlarına malik olmalı, zərərvericinin kütləvi artımı baş verdiyi təqdirdə, ona qarşı mübarizə tədbirləri həyata keçirməlidirlər.

Qəhvəyi mərmər bağacığının müşahidə edildiyi ölkəmizin şimal-qərb və qərb rayonlarının bəzi kəndlərində maarifləndirici görüşlərin keçirilməsi ilə yanaşı, zərərverici haqqında maarifləndirici buklet və bannerlər də yerli əhali arasında paylanır, müvafiq yerlərə yapışdırılır. Eləcə də kütləvi-informasiya vasitələrində məlumatlar, sosial şəbəkələrdə posterlər yayımlanır. Həmçinin qəhvəyi mərmər bağacığı ilə bağlı maarifləndirici videoçarx hazırlanaraq geniş ictimaiyyətə təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.