ELM VƏ TƏHSİL


“Qəlbim hər zaman Lənkərandadır” kitabı nəşr olunub

Bakı, 22 may, AZƏRTAC

Görkəmli alim İshaq Axundzadənin “Qəlbim hər zaman Lənkərandadır” kitabı “Aspoliqraf” mətbəəsində çapdan çıxıb.

Kitabın tərtibçisi və nəşrə hazırlayanı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, tarix üzrə elmlər doktoru Tufan Axundov, redaktoru isə Humay Axundzadədir.

AMEA-dan AZƏRTAC-a bildiriblər ki, kitabda Lənkəranda doğulub boya-başa çatan, doğma yurduna sevgisini ömrünün sonuna qədər qəlbində yaşadan İshaq Axundzadənin xatirələri, onun Lənkəranda tanıdığı, gördüyü və eşitdiyi ailə və şəxsiyyətlər barədə fikirləri, həmçinin bölgənin bəzi folklor nümunələri və el adətləri haqqında yazıları toplanıb.

Müəllifin miras qoyduğu zəngin material geniş oxucu kütləsi və müxtəlif elm sahələrində çalışan mütəxəssislər üçün nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.