MƏDƏNİYYƏT


Qəlbimizə qanla Vətən yazdın, Mübariz...

Bakı, 8 fevral, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Sabunçu rayon Mərkəzi Kitabxana Sisteminin 12 saylı filialı 75 nömrəli tam orta məktəbdə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü ilə əlaqədar “Qəlbimizə qanla Vətən yazdın, Mübariz!” adlı tədbir keçirib.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirdə məktəbin müəllimi Əminə Vəliyeva və kitabxananın müdiri Vəsilə Məmmədova çıxış edərək Mübariz İbrahimovun həyatından və torpaqlarımızın müdafiəsi zamanı göstərdiyi misilsiz fədakarlıq və şücaətdən danışıb.

Bildirilib ki, Mübariz qısa ömür yaşasa da, canını Vətən uğrunda fəda etməsi ilə özündən sonra böyük qəhrəmanlıq məktəbi qoydu. İndi hər bir azərbaycanlı onunla fəxr edir. O, öz şərəfli ölümü, qəhrəmanlığı ilə Azərbaycan əsgərinin nəyə qadir olduğunu bütün dünyaya sübut etdi.

Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq Sərəncamına əsasən, torpaqlarımızın azadlığı uğrunda rəşadətli və müstəsna xidmətlərinə görə Mübariz İbrahimov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Tədbir ədəbi-bədii hissə ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.