REGİONLAR


Qəlbləri sözün qüdrəti ilə fəth edən şair

Astara, 12 oktyabr, Bağır Əliyev, AZƏRTAC

Astara rayonundakı Kakalos Kənd Folklor Evində böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Nəsimi ili” çərçivəsində baş tutan tədbirdə əvvəlcə Azərbaycan əsilli müğənni Sami Yusufun İmadəddin Nəsiminin “Sığmazam” qəzəli əsasında hazırladığı kompozisiya nümayiş etdirilib.

Tədbirdə çıxış edənlər mütəfəkkir şair-filosof İmadəddin Nəsiminin Azərbaycan ədəbiyyatındakı rolundan və yaradıcılığından danışıblar.

Qeyd olunub ki, görkəmli Azərbaycan şairi və mütəfəkkiri Nəsiminin dünya ədəbiyyatı və fəlsəfi fikrində özünəməxsus yeri var. Onun şeirlərindəki fəlsəfi fikirlər bu gün də bəşəriyyətə xidmət edir. Böyük şair qəlbləri qılınc gücünə yox, sözünün qüdrəti ilə fəth edib.

Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin yanvarın 11-də imzaladığı Sərəncamla 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan olunması dövlətimizin başçısının şairin yaradıcılığına göstərdiyi böyük diqqətinin göstəricisidir.

Sonda Kakalos Kənd Folklor Evinin bədii özfəaliyyət kollektivinin ifasında Nəsiminin qəzəllərinin motivləri əsasında hazırlanmış ədəbi- bədii kompozisiya nümayiş etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.