CƏMİYYƏT


“Qələbə-75: Azərbaycan xalqının mübarizə əzmi” kitabının təqdimat mərasimi keçirilib

Bakı, 26 aprel, AZƏRTAC

Bu gün Respublika Veteranlar Təşkilatında Mədəniyyət Nazirliyinin təşəbbüsü və “Respublika Xatirə Kitabı” redaksiyası əməkdaşları tərəfindən hazırlanan “Qələbə-75: Azərbaycan xalqının mübarizə əzmi” kitabının təqdimat mərasimi keçirilib.

Veteranlar Təşkilatının mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan kitabın baş redaktoru Nəzakət Məmmədova nəşrdə yer alan məqalələr haqqında ətraflı məlumat verib, Azərbaycan xalqının Böyük Vətən müharibəsindəki xidmətlərinə diqqət çəkib.

Xalqımızın hərb tarixinin qəhrəmanlıqlarla zəngin olduğunu bildirən Nəzakət Məmmədova Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində əldə etdiyi şanlı qələbənin də bu reallığın növbəti təsdiqi olduğunu vurğulayıb.

Daha sonra çıxış edən tədbir iştirakçıları xalqımızın qəhrəmanlıq tarixindən bəhs edən kitabın gənc nəslin maarifləndirilməsi, tarixi həqiqətlərin üzə çıxarılması, xalqımızın cəsur oğullarının şücaətləri ilə bağlı beynəlxalq ictimaiyyətin daha dolğun məlumatlandırılması baxımından mühüm rol oynadığını qeyd ediblər.

Maraqlı müzakirələr şəraitində keçən tədbirin sonunda iştirakçılara “Qələbə-75: Azərbaycan xalqının mübarizə əzmi” kitabı təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.