ELM VƏ TƏHSİL


Qələbə ilə əlaqədar “Virtual məktəb”də dərslərin məzmununda dəyşiklik olacaq

Bakı, 13 noyabr, AZƏRTAC

Vətən müharibəsinin qalibiyyətlə bitməsi ilə əlaqədar “Virtual məktəb”də dərslərin məzmununda dəyşiklik olacaq.

AZƏRTAC xəbər verir ki, bunu “Məsafədən təhsildə yeni reallıqlar” mövzusunda müzakirədə Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib. O bildirib ki, “Virtual məktəb”də bütün siniflərdə fənlər üzrə dərslərdə işğaldan azad olunan ərazilərimiz haqqında məlumat veriləcək. Dərslərdə qələbəmizdən, şanlı ordumuzun uğurlarından bəhs olunacaq.

Xatırladaq ki, “Məsafədən təhsildə yeni reallıqlar” mövzusunda müzakirə Təhsil Nazirliyinin rəsmi “Facebook” səhifəsi üzərindən canlı yayımlanan “Təməl” proqramında aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.