CƏMİYYƏT


Qələbəni bizə yaşadanları birlikdə yaşadaq!VİDEO

Bakı, 15 yanvar, AZƏRTAC

“YAŞAT” Fondu ağır yaralanan qazilərimizin səhhətinin bərpası ilə bağlı mühüm addımlar atır.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, ciddi fiziki travma alan qazilərimiz Şiraz Cəfərli, Qələndər Məmmədov və Rüfət İsmayılov “YAŞAT” Fondu tərəfindən zəruri tibbi müayinələrdən keçirilib və uğurla əməliyyat olunublar.

“YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Allah qazilərimizə şəfa versin!

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.