ELM VƏ TƏHSİL


“Qələbəyə aparan yol: Heydər Əliyevin siyasi irsi” müsabiqəsi davam edir

Bakı, 5 may, AZƏRTAC

Azərbaycan Dillər Universitetinin Tələbə Elmi Cəmiyyəti, Həmkarlar İttifaqı Komitəsi və Regionşünaslıq kafedrasının birgə təşəbbüsü və təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin və II Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə həsr olunan “Qələbəyə aparan yol: Heydər Əliyevin siyasi irsi” adlı esse müsabiqəsi davam edir.

Universitetdən AZƏRTAC-a bildirilib ki, arzu edənlər Heydər Əliyevin siyasi irsinin, müəyyən etdiyi daxili və xarici siyasət xəttinin II Qarabağ müharibəsində Azərbaycanın qələbə qazanmasında oynadığı rol istiqamətində orijinal, əvvəl yazılanları təkrar etmədən, yeni fikirlər ifadə edən esselər yazmalıdırlar. Esselərin həcmi 2 səhifədən artıq olmamalıdır. İstifadə edilən ədəbiyyatın siyahısı, əlifba sırası ilə müəllifinin soyadı, adının baş hərfi, ədəbiyyatın adı, nəşr edildiyi yer, il, nəşriyyatın adı, ümumi səhifə sayı göstərilməlidir. Esselər Azərbaycan, rus, ingilis və ya tələbənin ixtisas dilində yazıla bilər.

Qiymətləndirmə zamanı mövzunun orijinallığı, elmi və nüfuzlu mənbələrdən istifadə edilməsi, giriş və dərin təhlil aparılması, şəxsi qiymətləndirmə, təkliflər və konkret elmi nəticənin olması meyarları əsas götürüləcək.

Müsabiqənin nəticələri və mükafatlandırılma may ayının sonunda elan ediləcək.

Esselər elektron olaraq (konfrans tezisi ilə səhv salınmaması üçün məktubda esse olması vurğulanmaqla) [email protected] ünvanına mayın 7-dək göndərilməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.