ELM VƏ TƏHSİL


Qələbəyə aparan yol - birliyimizin gücü

Bakı, 3 may, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya və Coğrafiya fakültələrinin birgə təşkilatçılığı ilə “Qələbəyə aparan yol - birliyimizin gücü” adlı tədbir keçirilib.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, tədbirdə Fəlsəfə kafedrasının müəllimi Nəzakət Kərimova Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun Qarabağı işğaldan azad etməsinin müasir tariximiz üçün şanlı hadisə olduğunu vurğulayıb.

Coğrafiya fakültəsinin dekanı Şəkər Məmmədova, Sosial elmlər və psixologiya fakültəsinin Fəlsəfə kafedrasının müdiri Kəmalə Pənahova Qələbənin əldə edilməsində güclü iqtisadiyyat, müasir ordu ilə yanaşı, milli həmrəylik, iqtidar-xalq birliyinin mühüm rol oynadığını diqqətə çatdırıblar.

Sonda hər iki fakültənin tələbələrinin hazırladığı BDU-nun şəhid məzunlarının xatirəsinə həsr olunmuş bədii kompozisiya nümayiş etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.