MƏDƏNİYYƏT


“Qələmin işığında” və “Yaşatdım ki, yaşayım...” kitablarının təqdimatı keçirilib

Bakı, 14 may, AZƏRTAC

Mayın 14-də peşəkar jurnalist, mədəniyyət və incəsənət yazarı Adilə Qocayevanın “Qələmin işığında” və “Yaşatdım ki, yaşayım...” kitablarının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən kimyaçı alim, Əməkdar müəllim Telman Ağdamski kitabların gənc oxucular üçün əhəmiyyətindən danışıb. Bildirib ki, Ə.Qocayeva gənc nəslin az tanıdığı, yaddan çıxmış, unudulmuş, ziyalıları, mədəniyyət və incəsənət xadimlərini, dünyaşöhrətli həkimləri, hərbçiləri üzə çıxararaq onlara təqdim edir.

Daha sonra çıxış edən Xalq artisti Roza Cəlilova qeyd edib ki, A.Qocayevanın hazırladığı publisistik məqalələr dövri mətbuatı oxunaqlı etməklə yanaşı, həm də mətbuat tarixini zənginləşdirib. Ədilə xanımın məqalələrini oxunaqlı edən və onu sevdirən əsas cəhətləri qələmə aldığı şəxsiyyəti və ya mövzunu əvvəlcədən tam öyrənməsi, müsahibəsinə qarşı olduqca səmimi olmasıdır.

Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri, “İki sahil” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadə, Əməkdar jurnalist Şəmsiyyə Musazadə və digərləri müəllifin yeni kitablarının əhəmiyyətindən danışıblar.

Vurğulanıb ki, Adilə Qocayeva gündəlik həyatda baş verən bir sıra aktual məsələləri qələmə almaqla yanaşı, əsasən mədəniyyət və incəsənət sahəsinin yazarı kimi tanınaraq oxucuların rəğbətini qazanıb.

"Yaşatdım ki, yaşayım..." adlı kitabda müəllifin 1983- 2020-cu illərdə 37 adda mətbu orqanda dərc edilən 3000-ə yaxın publisistik məqaləsindən yalnız bəzi seçmə yazıları, oçerkləri, öz həyatı haqqında yazdığı "Ömür səhifələrim" essesi, eyni zamanda, tanınmış şəxsiyyətlərin onun haqqında söylədikləri dəyərli fikirlər yer alıb.

Sonra bütün iştirakçılara minnətdarlığını bildirən Adilə Qocayeva yeni nəşr olunan kitabları ilə bağlı fikirlərini bölüşüb. Bildirib ki, hər iki kitab Ulu Öndər Heydər Əliyevin mədəniyyətə qayğısı, Azərbaycanın tarixi abidələri, mədəniyyət və incəsənəti, ifaçılıq sənəti, rəqs və digər sahələrlə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.